Bölmənin Baş Aşpazı (Sous Chef)

İşin təsviri

Əsas öhdəliklər: 

  • İaşə obyektinin fəaliyyəti üçün müvafiq olan menyuların işlənib hazırlanmasına kömək etmək. 
  • İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməsinə kömək etmək.
  • İaşə obyektinin gəlirlərin maksimuma qaldırılmasına müvafiq olaraq idarə edilməsini təmin etmək.
  • Xərclərin effektiv şəkildə idarə edilməsinə kömək etmək. 
  • Təsdiqlənmiş menyunun davamlı şəkildə icrasını təmin etmək, hər bir məmulatın hazırlanması və təqdim edilməsi üçün əməkdaşlara zəruri bilikləri öyrətməklə, iaşə obyekti üçün kulinariya standartlarını müəyyən etməkdə köməklik göstərmək.
  • Müştərilərin kulinariya gözləmələrini qarşılamaq və üstələmək üçün xüsusi menyular yaratmaq, alternativ təkliflər vermək, müştərilərin xüsusi tələblərini qarşılamaq və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
  • Xüsusi olaraq işlərin pik vaxtlarında iaşə mətbəxinin bütün əməliyyatlarına nəzarət olunmasına kömək etmək, digər mətbəx işçiləri ilə birgə işləmək və zəruri sayıldıqda, müvafiq tənzimləmələri həyata keçirmək.
  • Şirkətin bütün brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
  • Müvafiq təlimlər, maarifləndirmə və / ya hamilik yolu ilə mətbəx işçilərinin bilik və bacarıqlarını inkişaf etdirməklə, onların məhsuldarlığını maksimuma qaldırmaq.
  • Masaya verilən yemək və qida məhsullarının dadına baxmaq və nəzarət etmək, müvafiq hallarda rəy bildirmək və düzəlişlər etmək.
  • Ən yaxşı qiymətə ən yaxşı məhsulun təchiz edilməsi üçün baş Aşpazla birlikdə işləməklə, iaşə mətbəxinə daxil olan məhsulların keyfiyyətini yoxlamaq.
  • Restoran xidmətinin meneceri ilə sıx əməkdaşlıq edərək gigiyena standartlarının yerinə yetirilməsi, avadanlıqların istismar ömrünün yüksəldilməsi və sıradan çıxmasının qarşını almaq məqsədi ilə onlara lazımi xidmət göstərilməsini təmin etmək.
  • TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək. 
  • Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.

Tələblər:

  • Bölmənin Baş Aşpazı (Sous Chef) vəzifəsində 4-5 il iş təcrübəsi.
  • Müvafiq sahədə təhsilin olması arzuolunandır
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil, yüksək idarəetmə bacarığı olmalı.
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
  • SƏTTƏM siyasətləri və proseduralarından bilməsi mütləqdir

İş haqqında məlumat:

  • İş yeri: “Bilgah Beach Hotel”, Bilgəh qəsədəsi, Qələbə küçəsi 94, AZ 1122;
  • AR Əmək Məcəlləsi-nə uyğun işə qəbul;
  • 5 günlük iş həftəsi, həftə içi 2 istirahət günü. İş cədvəli dəyişkən qrafik əsasında
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur (Koroğlu metrosu – Bilgah Beach Hotel - Koroğlu metrosu);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İcbari və könüllü tibbi siğorta;
  • Əmək haqqı haqqında ətraflı məlumatları müsahibə zamanı bildirilir. 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə "Bölmənin Baş Aşpazı (Sous Chef)" qeyd edərək göndərmələri xahiş olunur.

Bilgah Beach Hotel tərəfindən digər vakansiyalar