Regional menecer

  • Embafinans
  • Elanın qoyulma tarixi: 02.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BOKTEmbafinans”

Təşkilat 2012-cı ildən fəaliyyətə başlamış “Embafinans” Bank Olmayan Kredit Təşkilatı kimi müştərilərinin xidmətindədir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı fəaliyyətə hədəflənmişdir. Əsas fəaliyyət istiqaməti istehlak kreditlərinin verilməsi olan BOKT-nın 2013-cü il ərzində 130 kredit məntəqəsinin yaradılması nəzərədə tutulub. Bu istiqamətdə aşağıda qeyd olunan regionlar üzrə “Regional menecer” vakansiyası elan edilir:

• Masallı
• Şəki
• Gəncə

Əsas vəzifə və öhdəliklər:

• Məsul olduğu regionda kredit bazarını daima təhlil etmək, potensial borcalanların və müştərilərin yeni kredit məhsullarına olan ehtiyaclarını, habelə mövcud məhsullara olan münasibətlərini öyrənmək və bu barədə birbaşa rəhbərinə təkliflər vermək;
• Həm bütövlükdə Təşkilat, həm də məsul olduğu regionda yerləşən filiallarda satışı nəzərdə tutulan kredit məhsullarının hazırlanmasında iştirak etmək;
• Kreditləşmə, müştəri xidmətləri və filialların fəaliyyətlərini tənzimləyən normativ sənədlərin hazırlanmasında iştirak etmək, məsul olduğu regionda bu standartların tətbiqini təmin etmək;
• Məsul olduğu regionun, habelə filialların SWOT təhlilini aparmaq, satış imkanları və proqnozları barədə birbaşa rəhbərinə təkliflər vermək;
• Məsul olduğu regionda yerləşən filialların büdcələrinin hazırlanmasını təşkil etmək və onun icrası üzərində nəzarəti həyata keçirmək;
• Ona tabe olan ofis aparatı işçiləri, habelə kənar təchizatçılar tərəfindən məsul olduğu regionda yerləşən filiallara, satış nöqtələrinin müxtəlif hüquqi, marketinq, təchizat, İT və Təşkilatdaxili qaydalarda nəzərdə tutulmuş digər xidmətlərin həyata keçirilməsini təşkil etmək;
• Məsul olduğu regionda Təşkilatın məhsul və xidmətlərinin təşviqini təşkil etmək, yeni borcalanların cəlb edilməsində filiallara köməklik göstərmək;
• Mütamadi olaraq, məsul olduğu regionda partnyorlarla münasibətləri, ayrı-ayrı məhsullar üzrə satışları, kredit portfelinin keyfiyyətini təhlil etmək, biznesə mənfi təsir edə biləcək amilləri və riskləri müəyyənləşdirmək, onların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək, səlahiyyətinə aid olmayan məsələlər üzrə təklif vermək;
• Məsul olduğu regionda yerləşən filialların, satış nöqtələrinin fəaliyyətini koordinasiya etmək, onların gündəlik problemlərinin həlli üzrə baş ofisin strukturları qarşısında məsələ qaldırmaq;
• Məsul olduğu regionda yerləşən filialların, satış nöqtələrinin fəaliyyətini mütamadi olaraq, təhlil etmək, onların səmərəliliyinin artırılması üçün tədbirlər görmək;
• Məsul olduğu regionda yerləşən filialların, satış nöqtələrinin fəaliyyətini gündəlik monitorinq etmək və onların Təşkilatdaxili qaydalara uyğun fəaliyyət göstərməsi, qarşılarına qoyulan hədəflərin icrası üzərində nəzarəti həyata keçmək;
• Məsul olduğu regionda yerləşən filialların, satış nöqtələrinin arasında əməkdaşlığı təşkil etmək, onlar arasında yaranan mübahisə və anlaşılmamazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
• Təşkilatın yüksək imicinin formalaşması və daima yüksəldilməsi üçün tədbirlər görmək;
• Məsul olduğu regionda yerləşən filiallarla, satış nöqtələrinin baş ofisin strukturları arasında yaranan mübahisə və anlaşılmamazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
• Məsul olduğu regionda yerləşən filiallar, satış nöqtələrinin tərəfindən hesabatların və məlumatların Baş ofisə vaxtında təqdim olunması üzərində nəzarəti həyata keçirmək;
• Təşkilatdaxili siyasət və qaydalarla ona həvalə edilmiş, habelə İdarə heyəti sədrinin və üzvlərinin ona tapşırdığı digər vəzifələri həyata keçirmək.

Tələb olunan keyfiyyətlər:

• İqtisadiyyat, hüquq və ya biznes sahəsi üzrə tamamlanmış ali təhsil;
• MS Office proqramları (Word, Excel, PowerPoint);
• Azərbaycan dili mükəmməl (rus və ingilis dillərini bilmək üstünlük sayılır);
• Biznes sahəsində ən azı 3 il təcrübə.
• Bank və ya bank olmayan kredit təşkilatında kredit sahəsi üzrə ən azı 2 il təcrübə;
• Cinsi: kişi;
• Yaş həddi: 24-30
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük veriləcək.

Əsas bacarıqlar:

• Təşkilatçılıq və yüksək ünsiyyətqurma bacarıqları;
• Peşəkarlıq və müştəri yönümlülük;
• Yüksək konfidensiallıq və etibarlılıq;
• Qətiyyətlilik və məqsədyönlülük;
• Strateji düşüncə və analitik qabiliyyət;
• Əlaqələndirmə və nəzarət edə bilmə qabiliyyəti;
• Təmsilçilik keyfiyyətləri;
• Gərgin iş qrafikində işləyə bilmə;
• Satış bacarıqları;
• Liderlik bacarıqları.

Müracət və seçim qaydaları:

CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və region mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

Sənədlərin son qəbul tarixi: 15 İyul 2013.

Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq.
Lütfən qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Lütfən telefon vasitəsilə müraciət etməyin.

İş qrafiki: 5 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)
Əmək haqqı (xalis) – 1200 + bonus