Strategiya və risklər üzrə mütəxəssis

  • Embafinans
  • Elanın qoyulma tarixi: 16.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Təşkilatın strateji planlamasının formalaşdırılmasında aktiv iştirak etmək və koordinasiya etmək;
  • Bazar tendensiyalarını və bazar rəqabətini qiymətləndirmək və təhlil aparmaq;
  • Həyata keçirilən strategiyaların effektivliyinin qiymətləndirilməsi, fəaliyyət planlarının gedişatının izlənilməsi və monitorinqinin aparılması;
  • Strateji planların inteqrasiyasını və icrasını təmin etmək üçün müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək;
  • Risklərin azaldılması strategiyaları, risk modelinin yaradılması və maliyyə təhlilinin aparılması və vahid hesabatlılığın təşkil edilməsi; 
  • Risklərin qiymətləndirilməsi və minimumlaşdırılması üzrə tövsiyələrin verilməsi, həyata keçirilən tədbirlər və onların nəticələri barədə aylıq, rüblük və illik hesabatların rəhbərliyə təqdim edilməsi.

İşçiyə dair tələblər:

  • Biznesin idarə edilməsi, maliyyə, iqtisadiyyat sahəsində bakalavr dərəcəsi. (İxtisas dərəcəsi - MBA və s. üzrə magistr təhsilinə üstünlük verilir);
  • Strateji planlama və korporativ risklərin idarə edilməsi sahəsində 2 illik təcrübə;
  • Güclü analitik düşüncə və problemləri həll etmə bacarığı;
  • Yüksək səviyyədə kommunikasiya bacarığı;
  • Komanda yönümlü mühitdə işləmək bacarığı;
  • Maliyyə bazarları, tənzimləyici mühitlər və sektoral tendensiyalar haqqında dərin biliklər.

İşçiyə dair əlavə qeydlər:

  • Təhsil səviyyəsi:Ali təhsil
  • Təcrübə müddəti: Minimum 2 il
  • Dil bilikləri: Rus və ingilis dili arzuolunandır.

İş qrafiki: l-V günlər, saat 09:00-18:00.

Qeyd olunan göstəricilərə uyğun olduğunuz təqdirdə, sizi şirkətimizin böyüməsinə və davamlılığına töhfə vermək üçün bu vakansiya üzrə müraciət edərək komandamıza qoşulmağa dəvət edirik.

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanın adını qeyd edib bu ünvana göndərəsiniz. Vakansiyanın adı:  Strategiya və risklər üzrə mütəxəssis