Mikro Biznes Kreditləri üzrə mütəxəssis/ Mikro Biznes Kreditləri üzrə Təcrübəçi

  • Embafinans
  • Elanın qoyulma tarixi: 28.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ünvan: Bakı şəhəri.Yasamal rayonu. Akim Abbasov küç.73E
Əmək haqqı razılaşma yolu ilə.
Əmək qanunvericiliyinə uyğun sənədləşmə;

Tələblər

- 21-35 yaş;
- Ali təhsil;
- Özünü satışda görən, aktiv inkişafa meyilli universiteti yeni bitirən gənclər üçün təcrübə mütləq deyil.
- Əla səviyyədə Azərbaycan dili (ingilis və rus dilini bilmək arzu olunandır.)

- Məsuliyyət və stresə davamlılıq;
- Yüksək səviyyədə satış qabiliyyəti;
- Effektiv ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı;
- Tapşırıqların həllində çeviklik.

Vəzifə Öhdəlikləri

- Mikro biznes kredit məhsullarını təbliğ etmək, potensial müştəriləri cəlb etmək və kredit təşkilatını müştəri qarşısında təmsil etmək;
- Müştərilərlə biznes görüşlərin aparılması; Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Biznes analizlərin aparılması;
- Keyfiyyətli kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı.

Biz isə sizə təklif edirik:

- Zəngin iş təcrübəsi qazanmaq imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
- Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
- Korporativ iş mühiti.

Elektron poçtun “mövzu” hissəsində “Mikro Biznes Kreditləri üzrə mütəxəssis” və ya “Mikro Biznes Kreditləri üzrə təcrübəçi” qeyd etməklə öz Cv-nizi [email protected] ünvanına göndərə bilərsiniz.