İşin təsviri
Öhdəliklər:
- Ərazi üzrə potensial müştərilərin obyektlərinə gedib kredit məhsulları barədə məlumat verib onları cəlb etmək;
- Cəlb etdiyi müştərilərin maliyyə vəziyyətini və ödəniş qabiliyyətini analiz etmək;
- Cari müştərilərlə davamlı ünsiyyət saxlamaq, yeni müştərilərin əməkdaşlığa cəlb etmək;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək.
Tələblər:
- Ali təhsil (istənilən);
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- İş təcrübəsi tələb olunmur;
- Yaxşı ünsiyyət və komanda da işləmə bacarığı;
- Sərbəst şəkildə fikir izah etmə bararığı;
- Yeni insanlarla ünsiyyət qurmağa həvəsli olması;
- Müştəri cəlbetmə və inandırıcılıq qabiliyyəti.
Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, CV-nizi mövzu hissəsində “Mikro kreditlər üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.