Kiçik mühasib

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 04.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Əsas bank sistemində silinmiş müştərilərin vəziyyətinin idarə edilməsi və yenilənməsi və müştəri səviyyəsində lazımi mühasibat məlumatlarının hazırlanması.
  • Silinmiş / açıq müntəzəm / simulasiya tipli ödənişlərinin hesablanması və məlumatların daxil edilməsi (əmək haqqından tutulmalar, pensiya fondundan tutulmalar, nağd terminallar, bank ödənişləri)
  • Problemli müştərilərin balansının dəyişdirilməsi və ya bağışlanaraq bağlanması (məhkəmə qərarı, aktivlərin bərpası komitəsi / CRM protokolu və s.)
  • Müştəri kreditlərinin hüquq şöbəsinə köçürülməsi və hüquqi statusun əl ilə dəyişdirilməsi / yükləmə (məhkəmə, məhkəməyə qədər, məhkəmədən sonra, icra və s)
  • Müştəri ilə Əlaqələr İdarəetmə sistemindən (CRM), Aktivlərin Bərpası Komitəsi Protokolundan (ABK) və ya helpdesk vasitəsilə gələn protokollar üzrə müştəri balansında maliyyə əməliyyatlarının aparılması
  • Müştərinin artıq ödəmələri və tutulmalar üzrə artıq məbləğlərin uzlaşdırılması və lazım olduğu təqdirdə düzəliş edilməsi və ya geri qaytarılması
  • Hüquq Departamentinin sorğusu əsasında problemli müştərilərinin məhkəmə maliyyə hesabatlarının hazırlanması.
  • Borcun olmaması barədə müştəri sorğularının hazırlanması / məhkəmə müqavilələrinin xitamı barədə məktubların hazırlanması
  • CBS-də cərimələrin və digər əməliyyatların hesablanmasını dayandırılması
  • Sistemdə kredit silinməsinin icra edilməsi

Hesabatlar və digər:

  • Məhkəmədə olan müştəri hesabatları və bu hesablar üzrə qalığın düzgünlüyünə əmin olmaq
  • Şirkətin proseduruna uyğun dəyişikliklər edildikdən sonra, maliyyə məlumatlarını yoxlanması üçün MİS komandası ilə sıx əməkdaşlıq edilməsi
  • Müştəri (kredit) arayışının hazırlanması
  • Xətti menecerlərinin sorğularını yerinə yetirilməsi və tələb olunan hesabatlar hazırlanması

Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə (Mühasibat uçotu) ixtisası üzrə ali təhsil
  • Office proqramları (Excel proqramı xüsusi olaraq) biliklər
  • Riyazı və məntiqi biliklər
  • Azərbaycan dilində sərbəst yazı və danışıq (digər dil bilikləri üstünlük sayılır)
  • Mühasibat uçotu haqqında əsas biliklər
  • Banklarla iş sahəsində bilik və təcrübə

İşəgötürənin reytinqi