İşin təsviri
Bakı Gəmiqayırma Zavodu MMC “Kiçik 3D dizayner (HVAC üzrə)” vakansiyası elan edir.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu.
İş haqqında məlumat:
- Əmək haqqı: 1000-1500 AZN
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək;
- Nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir;
- Sığorta təminatları təmin edilir.
Təhsil, təcrübə və dil tələbləri:
- Təhsil səviyyəsi: Ali
- Aidiyyəti iş təcrübəsi: 1–3 il
- İngilis dili biliyi mütləqdir
Vəzifə öhdəlikləri:
- HVAC sistemlərinin AutoCAD proqramında çəkilməsi (hava kanalları, borular, avadanlıqlar və s.);
- Tikinti layihələri üçün texniki planların və izometrik sxemlərin hazırlanması;
- Layihə komandası ilə birgə işləyərək texniki spesifikasiyaların yerinə yetirilməsini təmin etmək;
- Layihə mərhələsində yaranan texniki problemlərin operativ şəkildə həll edilməsi;
- Mövcud planların yenilənməsi və dəyişikliklərin sənədləşdirilməsi.
Namizəddən tələblər:
- AutoCAD proqramında havalandırma (HVAC) sistemlərinin 2D və 3D planlarının hazırlanması;
- Tikinti və istehsalat üçün texniki çertyojların və izometrik sxemlərin işlənməsi;
- HVAC sistemlərinin işləmə prinsiplərini və məntiqini anlama bacarığı;
- Texniki problemləri analitik və texniki əsaslarla həll etmə qabiliyyəti;
- Texniki spesifikasiyalara uyğun plan və izometrik sənədlərin hazırlanması;
- Autodesk NavisWorks Manage və Solidworks proqramları ilə işləmək bacarığı.
Maraqlanan namizədlərdən Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmək xahiş olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.