Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Onlayn kanallardan daxil olan sifarişlərin ilkin təhlil edilərək proqram təminatında qeydiyyatının aparılması;
  • Bankın mövcud məhsul və xidmətləri barəsində müştərilərə zəng vasitəsi ilə təklif verilməsi, satışının həyata keçirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair təkliflərin verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • İstehlak kreditləri və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi qeyd etməklə 16 may 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi