SƏTƏM mütəxəssisi (kiçik mütəxəssis)

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 01.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətdə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
  • Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
  • Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
  • İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
  • Təlimat jurnallarının imzalanmasına nəzarət etmək;
  • Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

Tələblər:

  • İş təcrübəsi: SƏTƏM üzrə ən azı 1 il iş təcrübəsi üstünlükdür
  • Təhsil: Ali
  • Yaş həddi: 25-40
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması üstünlükdür;
  • MS Excel üzrə ilkin biliklərin olması üstünlükdür;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Təqdimat hazırlama və təqdimetmə bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Zamanın idarə edilməsi bacarığı;
  • Salyan və yaxın bölgələrdə yaşamalıdır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti.

İş yeri: Salyan şəhəri

İşin təsviri: Şirkətdə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarət etmək, əməyin təhlükəsizliyi ilə bağlı prosesləri icra etmək

Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SƏTƏM mütəxəssisi – Salyan” yazıb göndərməklə müraciət edə bilərsiniz.