Telesatış operatoru

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil
  • Azərbaycan və rus dillərini bilməlidir, ingilis dili arzuolunandır
  • Word və Excel proqramlarından istifadə bacarığı
  • Satış sahəsində iş təcrübəsi : 1 ildən az olmamaqla
  • Səlis və aydın nitq, sistemli təqdimat bacarığı
  • Rəqəmsal Marketinq,sosial media və ümumi media sahəsində məlumatlı olmalıdır
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
  • Komanda ilə işləmək bacarığı
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin mövcud xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı
  • Mövcud müştəri bazasının genişləndirilməsi və potensial müştərilərin tapılması üçün addımlar atılması
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun xidmət növünü təklif etmək
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
  • Mövcud korporativ tərəfdaşları daim diqqətdə saxlamaq və sorğular göndərmək
  • Şirkət və şirkətin məhsulları barəsində mükəmməl biliyə malik olmaq
  • Müştəri bazasını daim genişləndirmək, uçotunu aparmaq, iş proseslərin, danışıqların statuslarını nəzarətdə saxlamaq.
  • Müvafiq hesabatlar hazırlamaq (gündəlik/həftəlik/aylıq)
  • Şirkətlərə aid məlumatların  müvafiq sistemdə qeydiyyatını aparmaq

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5 gün  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Şirkət tərəfindən görüşlər üçün nəqliyyat xərcləri qarşılanır.
  • Əmək haqqı 400 – 600 manat +bonus

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telesatış operatoru” qeyd etmələri xahiş olunur.