İşin təsviri
                
                
                                
                Tələb olunan bilik və bacarıqlar:
	- Kompyuter bilikləri: Microsoft Word-əla, Microsoft Excel-əla; 1C proqramı ilə işləmək bacarığı;
 
	- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
 
	- Dil bilikləri- azərbaycan dili-əla; rus dili-əla; ingilis dilini yaxşı səviyyə bilməlidir.
 
Namizədə dair gözləntilər və xüsusi tələblər:
	- Ali iqtisadi təhsil;
 
	- Müvafiq sahədə minumum 4 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
 
	- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı və məsuliyyətlilik;
 
	- Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar;
 
	- Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
 
	- Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA, CFSA , CIMA və s.) sertifikatlarının olması üstünlükdür.
 
Vəzifə öhdəlikləri:
	- İllik Daxili Audit iş planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
 
	- Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;
 
	- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
 
	- Kompleks və tematik yoxlamaların (səyyar və ya kameral) aparılması;  
 
	- İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;
 
	- Mühasibat uçotu yoxlamalarının aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının “Qanunvericilik və Beynəlxalq standartlara” uyğun olaraq yoxlanılması və təhlili;
 
	- Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək;
 
	- Daxili nəzarət nöqsanları barədə Daxili Audit Rəhbərinə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
 
	- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
 
	- Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyini yoxlanılması;
 
	- Sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğunun yoxlanılması; 
 
	- Proseslərin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək.
 
Əlavə məlumat:
	- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
 
	- İş yeri: Bakı şəhəri 
 
	- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
 
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Daxili Auditor) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur. 
Email: [email protected]