İşin təsviri
Marketinq və satış şöbəsinin meneceri aşağıdakı vəzifələri daşıyır:
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətnin məhsullarına dair tanıtımlar edir;
- Yeni müştərilərin axtarışını və cəlb edilməsini həyata keçirir;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən edir, analiz aparır və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirir;
- Bazar araşdırması aparır, müştəri tələbatlarını öyrənir;
- Zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkilini həyata keçirir;
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərir;
- Görülən işlərə dair gündəlik və aylıq hesabatlarını birbaşa Direktora təqdim edir.
- Satış üzrə illik və aylıq fəaliyyət planının hazırlamaq
- Müştəri portfelinin genişləndirilməsini həyata keçirmək
- Satış sistemini davamlı olaraq, planlı şəkildə təkmilləşdirmək
Namizədə tələblər:
- Ali bakalavr
- Dil bilikləri – Azərvaycan dili səlis, ingilis dili yüksək səviyyədə, rus dili yaxşı səviyyədə
- Yaş göstəriciləri 30-35
- Satış bacarıqlarının olması
- Analitik bacarıqlarının olması
- Satışın idarə olunması sahəsində ən az 3 il təcrübə
- Daşınmaz əmlakın satışı sferasında təcrübə mütləqdir
- Otel və turizm sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
Əmək şəraiti:
- İş qrafiki - 6 günlük
- Əmək haqqı – Başlanğıc 1500 (netto)
- Ünvan: Yasamal rayonu, Kənar Dairəvi Yol
Maraqlanan namizədlərin öz CV formalarını vəzifə başlığı bölümünə Satış üzrə menecer qeyd edərək göndərmələri xahiş olunur.
Email: [email protected]