İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- Vəziyyəti düzgün qimətləndirmək bacarığı;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə və təhlil etmək qabiliyyəti;
- Outlook, MS Word proqramlarında sərbəst, MS Excel proqramında isə orta səviyyədə iş bacarığı.
Vəzifə öhdəlikləri:
- Prosedur üzrə qoyulan vaxt ərzində emal edilməyən “LEAD” və “DEAL”- lər üzrə hesabatlar hazırlamaq;
- Vaxtında emal edilməyən “LEAD” və “DEAL”- lərin səbəblərin SN, LM və MXM ilə aydınlaşdırmaq və emal edilməsinə təmin etmək; ( Satış Nümayəndəsi, Lizinq Mütəxəssisi, Müştəri Xidmətləri üzrə Mütəxəssis)
- Vaxtında emal edilməyən “LEAD” və “DEAL”-lərin səbəblərinə görə qruplaşdırmaq və yenidən emal edilib növbəti mərhələlərə keçirilməsi üçün müvafiq işçilərlə koordinasiya etmək;
- Müvafiq MİS istifadə qaydalarında olunan dəyişiklikləri mənimsəmək və bu barədə SN, LM və MXM ləri məlumatlandırmaq;
- “LEAD” və “DEAL” lərin emalı ilə bağlı tətbiq edilən son tarixlərə riayət etməyən SN, LM və MXM-lərə korporativ poçt vasitəsi və müvafiq MİS platforması ilə xəbərdarlıqlar göndərmək;
- Ay ərzində “LEAD” və “DEAL” emalında ləngimələrə yol verən SN, LM və MXM-lər barədə ümumiləşdirilmiş hesabatlar hazırlayıb Şöbə müdirinə təqdim etmək;
- Uğursuz “LEAD”-lərin bağlanma səbəblərini aydınlaşdırmaq;
- Təxirə salınmış “LEAD”-ləri yenidən bərpa etmək (qərarsız və ya avtomatik bağlanan və s.);
- “LEAD” yaranma mənbələrinə nəzarət etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 700 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Koordinator” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]