Neft-qaz təsərrüfatı (saxlanılma və təhvil) qrupunun baş mütəxəssis-texnoloq

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Hasil edillmiş neftin və qazın növbəti əməliyyatlar mərhələlərinnin məlumatlarının təhlil edilməsi;
  • Bu proseslər zamanı itkilər və məsrəflər haqqında məkumatların toplanması və təhlil edilməsi;
  • Nəql, təmizlənmə və təhvil prosesləri zamanı məlumatlılığın mükəmməlliliyinin təşkili və təhlili;
  • Neft-qaz balansının gündəlik ayliq və illik hesabatlarının toplanmasının və təhlil edilməsinin təmin edilməsi;
  • ƏŞ-də istehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək təkliflərin hazırlanması:
  • Mütərəqqi texnologiyanın tətbiqi, texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyri-standart avadanlığın, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini və s.üzrə təhlillərin aparılması:
  • Yuxarıda qeyd edilən proseslərin təhlili zamanı ortaya çıxan səmərəli təkliflərin tətbiqini təmin etmək üçün qrup rəhbəri qarşısında vəsadət qaldırmaq.

Tələb olunan təhsil səviyyəsi:

  • Neft-qaz mühəndislyi sahəsində diplom BSc, MSc. 

Əsas təcrübə və vəzifə tələbləri:

  • Neft-Qaz sənayesində və oxşar vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Neft mühəndisliyi üzrə texniki biliklər;
  • Texniki hesabatları nəzərdən keçirmək, təhlil etmək bacarığı;
  • Şirkətin siyasətləri, direktivləri, məqsədləri, prosedurları və beynəlxalq mühəndislik standartlarına uyğun işləmək bacarığları;
  • Təhlükəsizlik qanunvericiliyini və qaydalarını bilmək;
  • Yaxşı şəxsiyyətlərarası və işgüzar ünsiyyət və komandada işləmə bacarıqları; 
  • Problem həll etmə və analitik düşünmə qabiliyyəti və s.

 

Email: [email protected]