Mühasib

  • ADY Express
  • Elanın qoyulma tarixi: 18.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Xətai Plaza

İş rejimi və vaxtı: 5 günlük; 9:00-18:00

Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Vəzifə öhdəlikləri:

  • E-qaimələrin, ödəniş tələbnamələrinin, müqavilələrin, maliyyə çıxarışlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və müqayisə edilməsi, yarana biləcək qeyri müyyənliklər aydınlaşdırılması üçün təchizatçılar ilə əlaqə yaradılması, eyni zamanda təchizatçıların bütün sorğularının cavablandırılması;
  • Təchizatçılara ediləcək ödənişlərin nəzarətda saxlanılması, hesab-fakturaların və xərclər üzrə hesabatların əsasında hesablara və xərc mərkəzlərinə salınması, qeydiyyatı və xərclərə nəzarət;
  • Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
  • Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
  • Təchizatçıların sənədlərinin idarə edilməsi;
  • Kreditorlar və debitorlarla hesablaşmalar üzrə ERP platformasında müvafiq müxabirləşmələri vermək;
  • Xarici, daxili təchizatçılara ödənişlərin və büdcə ödənişlərinin həyata keçirilməsi
  • Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək;
  • Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq;
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
  • Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
  • Sahədə 1-3 il iş təcrübəsi;
  • ACCA FA, FR sertifikatları arzuolunandır;
  • MS Office proqramlarının biliyi (xüsusilə MS Excel);
  • Güclü ünsiyyət bacarıqları;
  • Analitik düşünmə, komandada işləmək bacarığı;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması.
  • ERP proqramlarında işləmək bacarığı

Bizim tərəfimizdən qarşılanan təminatlar:

  • Nahar
  • Təlimlər
  • Karyera imkanları

Müraciət etmə qaydaları:

Xahiş olunur CV-lərinizi 01 May 2023-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Mühasib” qeyd etməklə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Email: [email protected]  

İşəgötürənin reytinqi