ADY Express


Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz coğrafi cəhətdən Qafqazın əlverişli mövqeyində yerləşir. Bu mövqe Xəzəryanı ölkələrin tranzit yükdaşıma potensialının artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə nəticələnib. Ölkə başçısı İlham Əliyevin dəstəyi ilə tranzit yük daşımalarının artırılması istiqamətində nəqliyyat sahəsində bir sıra islahatlar aparılıb və layihələr reallaşdırılır.

Azərbaycanın yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəyini və ölkəmizin dəmir yolları üzrə yük daşıma xidmətlərinin müasir standartlara cavab verməli olduğunu nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC yeni struktur vahidi olan  “ADY Ekspress” MMC-ni təsis etmişdir.

“ADY Ekspress”  ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün  ekspeditor və iri həcimli yük sahiblərinə  onlayn xidmətlər təklif edir.

“ADY Ekspress” olaraq məqsədimiz Xəzər dənizi, Qara dəniz, Avropa, İran körfəzi, Mərkəzi Asiya və Uzaq Şərq regionlarının bütün sənayə sahələri üçün geniş həcmdə dəmir yolu daşımaları həyata keçirmək və logistika sahəsində əlverişli şəraitin, şəffaf mühitin yaradılmasına nail olmaqdır. Şirkətin başlıca hədəfi dəmir yolu daşımaları sahəsində müştərilərə sifarişə əsasən hazırlanmış, iqtisadi cəhətdən səmərəli və etibarlı logistika həll variantları təqdim etməklə, tarixi İpək yolunun dirçəlişini təmin edərək Asiya ilə Avropa arasında, eyni zamanda Fars körfəzi ilə Rusiya və Avropa ölkələri arasında tranzit yük daşımalarının həcmini artırmaqdır.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?