Logistika üzrə kiçik mütəxəssis

  • ADY Express
  • Elanın qoyulma tarixi: 31.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maaş: 500 AZN

İş yeri:  Bakı şəh., Xətai Biznes Mərkəzi

Öhdəliklər:

  • Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;
  • İdxal-ixrac, tranzit və daxili daşınan yüklər üzrə tarifləri hesablamaq;
  • Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;

Tələblər:

  • Ali təhsil ;
  • Azərbaycan və rus-dilində sərbəst danışıq və yazma bacarığı, ingilis-dilini bilənlərə üstünlük veriləcək;
  • Riyazi və coğrafi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
  • Microsoft Office proqram təminatından istifadə qabiliyyəti;
  • Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
  • İş təcrübəsinin olması vacib deyil.

Xahiş olunur CV-lərinizi 30 Noyabr 2023-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi