Satınalma meneceri

  • Ran Fruit
  • Elanın qoyulma tarixi: 17.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması;
  • Əməkdaşlıq edilən xarici şirkətlərlə yazışmaların aparılması;
  • Yeni təchizatçıların axtarışı; 
  • Satınalma, logistika, idxal proseslərində iştirak etmək;
  • Anbarda mal qalığının miqdarının təhlil edilməsi və satınalma məqsədilə təkliflərin verilməsi;
  • Sifarişlərin istehsalçılara hazırlanıb göndərilməsi və təqibi; 
  • Satınalma prosesi üzrə aylıq, rüblük, illik hesabatların hazırlanması;
  • Şirkətdə aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək;
  • Bazarın təhlili, malların daxili və xarici bazarlarda araşdırılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • Excel proqramı üzrə yaxşı səviyyədə biliklərin olması; 
  • Baş mühasib vakansiyası üçün mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi;
  • Satınalma meneceri vakansiyası üçün satınalma sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Xarici dil biliklərinin olması üstünlükdür (Satınalma meneceri üçün vacibdir). 
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür (Baş mühasib üçün).

Əlavə məlumatlar:

  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Quba rayonu, Vladimirovka kəndi

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 30.04.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Email: [email protected] [email protected]

Ran Fruit tərəfindən digər vakansiyalar