Baş mühasib

  • Ran Fruit
  • Elanın qoyulma tarixi: 17.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Mühasibat və vergi uçotunun aparılması qaydalarını, qanunvericiliyi rəhbər tutaraq təsərrüfat əməliyyatlarının uçotunun aparılması;
  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • Vergi hesabatlarının təqdim edilməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, hesab-faktura, təhvil-təslim aktları və s.); 
  • İş və xidmətlərin alınmasını təsdiq edən bütün sənədlərin  qəbulu, qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi və ödənişin icra edilməsi;
  • Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Xəzinə və bank əməliyyatlarının icra edilməsi; xəzinə və bank əməliyyatları ilə bağlı baş verən bütün maliyyə əməliyyatların mühasibatlıq proqramında əks etdirilməsi;
  • Mühasibat uçot sənədləri və məlumatların elektron və kağız daşıyıcılarda saxlanılmasını və arxivləşdirilməsinin təmin edilməsi;
  • Xidməti fəaliyyətlə əlaqədar digər şöbələrin üzvləri ilə qarşılıqlı birgə işlərin icra edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • Excel proqramı üzrə yaxşı səviyyədə biliklərin olması; 
  • Baş mühasib vakansiyası üçün mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi;
  • Satınalma meneceri vakansiyası üçün satınalma sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Xarici dil biliklərinin olması üstünlükdür (Satınalma meneceri üçün vacibdir). 
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür (Baş mühasib üçün).

Əlavə məlumatlar:

  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Quba rayonu, Vladimirovka kəndi

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 30.04.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Email: [email protected]

Ran Fruit tərəfindən digər vakansiyalar