Hüquqi təminat şöbəsinin mütəxəssisi (Komplayns/AML)

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 14.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Son müraciət tarixi: 25.04.2023-cü il

Vəzifə Öhdəlikləri:

  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi barədə qanunvericiliyə əsasən müştərilərin eyniləşdirilməsinin aparılmasını təmin etmək;
  • Şübhəli əməliyyatların müəyyən edilməsi və müvafiq səlahiyyətli dövlət orqanına hesabatların verilməsini təmin etmək;
  • Risk kateqoriyaları üzrə müştərilərin və əməliyyatların bölgüsünü aparmaq və kateqoriyalar üzrə nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi barədə qanunvericiliyə əsasən tələb olunan daxili normativ sənədlərin hazırlanmasını və vaxtaşırı yenilənməsini təmin etmək;
  • Daimi və vaxtaşırı monitorinqlərin həyata keçirilməsini təmin etmək;
  • Cəmiyyətin maraqların toqquşması ilə bağlı normativ sənədlərinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
  • Aidiyyəti şəxslərlə bağlı əməliyyatların qanunvericiliyə əsasən tənzimlənməsini izləmək;
  • FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək və müvafiq hesabatların hazırlanıb səlahiyyətli orqana təqdim edilməsini təmin etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Komplayns sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat və idarəetmə, Hüquq, Riaziyyat və kibernetika, Maliyyə ixtisasları üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: əla , Rus dili: əla
  • Üstünlüklər: Maliyyə sektoru, komplyans və AML üzrə təcrübənin olması.
  • Kompüter bilikləri: MS Excel: əla, MS PowerPoint: əla, MS Word: əla, MS Outlook: əla.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.
  • İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün: https://pasha-life.az/en/about/karyera/

İşəgötürənin reytinqi