Menecer müavini/Baş mühasib

İşin təsviri

İş saatları: Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

  • Mühasibatlıq şöbəsini idarə etmək və öz tabeliyində olan bütün mühasibatlıq əməkdaşlarının vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmaq.
  • Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək. 
  • Mühasibatlıq sistemləri, siyasət və prosedurlar, habelə otel üçün müəyyən edilmiş yerli siyasətlər ilə yaxından tanış olmaq. 
  • Otelin idarə heyətində Maliyyə və mühasibat şöbəsini təmsil etmək 
  • Otel çərçivəsində bütün maliyyə əməliyyatları üçün müşayiətedici sənədləri və həyata keçirilmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlamaqla, bu siyasət və prosedurlara riayət olunduğunu təmin etmək. 
  • Aylıq jurnal müxabirləşmələri, balans və mənfəət-zərər hesabatlarını hazırlamaq, idarəetmək və təsdiq etmək 
  • Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtlı-vaxtında təqdim edilməsini təmin etmək.
  • İşçilərin şəxsi rifahı, texniki təhlükəsizliyi və inkişafına xüsusi diqqət yetirərək səmərəli işçi heyətinin yaradılmasına kömək etmək. Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq. 
  • İşçilərin təlimləndirilməsinə kömək etmək və onların öz vəzifələrini maksimal effektivliklə və ən məhsuldar şəkildə yerinə yetirməsi üçün zəruri bacarıqlara malik olmasını təmin etmək.
  • Şöbənin əməliyyat büdcəsinə ciddi şəkildə riayət olunmasını və bütün xərclərin nəzarətdə olmasını, habelə məsrəflərin təsdiq edilməsini təmin etmək.
  • Yerli qanunvericiliyə riayət etmək və fəaliyyət göstərdiyiniz şöbə ilə bağlı hər hansı məsələlərdən xəbərdar olmaq və onlara müvafiq olaraq fəaliyyət göstərmək.
  • Sənaye, şirkət və ya otel tərəfindən tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliyə reaksiya vermək.
  • Tələb olunduqda, təlim və toplantılarda iştirak etmək
  • Müntəzəm olaraq şöbədaxili hesabat görüşləri keçirmək
  • Otelin maliyyə hesabatlarının hazırlanması və izah olunması
  • Aylıq bank üzləşməsi hesabatlarını yoxlamaq
  • Otelin vergi öhdəliklərini başa düşmək
  • Otelin bütün fəaliyyətini əhatə edən proqnozların tərtib olunmasında şöbə rəhbərləri və direktora yardım etmək

Bilik və bacarıqlar:

  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
  • iScala,Netsis proqramlarında işləmə bacarığı
  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək
  • Otelin ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliklərə uyğun reaksiya vermək

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “Menecer müavini/Baş mühasib” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 12 May 2023 tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.

Email:  [email protected]