İşə Qəbul üzrə Mütəxəssis

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
  • Yaş: 23-35;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı;
  • Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
  • Kollektiv və işçiheyəti ilə işləmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
  • Uğurlu namizədlərlə bağlı referansların alınması;
  • Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
  • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
  • Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Şənbə və Bazar istirahət günü;
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə mütəxəssis " yazaraq göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email:  [email protected]