İşə qəbul üzrə baş mütəxəssis

  • Enginet
  • Elanın qoyulma tarixi: 11.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin işə qəbul və seçim proseslərinin idarə edilməsi və nəzarəti (iş elanlarının hazırlanması və müvafiq saytlarda yerləşdirilməsi, namizədlərin müəyyən edilməsi, müsahibənin aparılması);
  • İşə qəbul ehtiyaclarının müəyyənləşdirilməsi;
  • İşçilərin işdən ayrılma səbəblərinin müəyyənləşdirilməsi üçün çıxış müsahibələrin keçirilməsi;
  • Cəmiyyətin daxili kadr hərəkatı və kadr tələblərinə dair aylıq hesabatların hazırlanması;
  • Namizədin iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi;
  • Vəzifə təlimatlarının tərtib olunması;
  • İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi, təlim metodlarının təyin edilməsi;

Namizədə verilən tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür)
  • İşə qəbul üzrə təsdiq olunmuş iş təcrübəsi;
  • Azərbaycan dili- əla (həm şifahi, həm yazılı), rus dili-yaxşı, ingilis dili-yaxşı
  • AR Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməli
  • MS Office proqramlarını bilməli
  • Yüksək kommunikasiya bacarıqları, effektiv danışıqlar, işgüzar əlaqələrin qurulması bacarığı

İş qrafiki: 5 günlük

İş saatları: 09:00-18:00

Əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək

Güzəştlər: Telefon danışıq limiti, sınaq müddətini keçdikdən sonra tibbi sığorta.

Ünvan: Mirzə İbrahimov 57, Xarici İşlər Nazirliyinin arxası.

Email: [email protected]  

İşəgötürənin reytinqi