İşin təsviri
Təsvir:
- CMS (Card Management System) proqram təminatı üzrə sistem inzibatçılığı funksiyasının yerinə yetirilməsi;
- CMS proqram təminatı üzrə Vendorlar tərəfindən təqdim edilən istifadəçi funksiyalarının və kitabxana fayllarının sistemə yüklənməsi, dəyişdirilməsi;
- Plastik kartlarla bağlı müxtəlif sistemlər arasında olan əməliyyatlar üzrə funksionallıqların, servislərin, APİ sorğuların hazırlanması və tətbiqi;
- Kart məhsullarının yaradılması, sazlanılması, tarif və limitlərin tətbiqi;
- Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlanması və ya həmin hesabatların hazırlanmasının təmin edilməsi;
- Plastik Kart sistemləri üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak edilməsi.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və analitik düşünmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Web servis, arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Servislərin sorğulanması bacarığına, sorğulama formatları (JSON / XML) barədə anlayışlara malik olmalıdır;
- Oracle SQL, JAVA Core üzrə praktik vərdişlərə sahib olanlara üstünlük verilir.
Müraciət üçün: https://glorri.com/xalqbank/635929a23ccb6e8a6607daa0-%C3%96d%C9%99ni%C5%9F%20Kartlar%C4%B1%20%C4%B0dar%C9%99sinin%20Kart%20%C9%99m%C9%99liyyatlar%C4%B1%20%C5%9F%C3%B6b%C9%99sinin%20m%C3%BCt%C9%99x%C9%99ssisi?