ASC “Xalq” Bankı 2012-2014-cü illər üçün öz strateji məqsədlərini müəyyən edib. Beləliklə ASC “Xalq” Bankı aşağıdakı məqsədlər uğrunda çalışır:
- Azərbaycan bankları arasındakı tutduğu ilkin yerlərini qoruyub saxlamaq;
- Dayanıqlı korporativ idarəetmə sistemli bank olmaqda davam etmək;
- Filial şəbəkəsi vasitəsilə əhaliyə, kiçik, orta və iri biznesə geniş çeşidli xidmətlər təklif edən bank olaraq qalmaq;
- Peşəkar menecment sayəsində bütün biznes prosesləri səmərəli idarə edən və nəticədə mənfəət gətirən bank olmaq;
- Maliyyə bazarında davamlı rəqabət qabiliyyətinə malik olmaq;
- Xarici maliyyə təşkilatları ilə əməkdaşlığı genişləndirmək.
ASC “Xalq” Bankı strateji məqsədlərinə çatmaq üçün qeyd edilən vasitələrdən istifadə etməyi planlaşdırır:
- Yüksək keyfiyyətli xidmət göstərən bank imicini qoruyub saxlamaq və irəlidə daha da genişləndirmək;
- Bank xidmətləri göstərərkən müştərilərin tələblərinin maksimum təmin etmək;
- Bütün əməliyyatların maliyyə effektivliyini təmin etmək üçün innovativ texnologiyalardan istifadə etmək;
- Bankın müştərilərinə biznes-məlumatlar və digər məsləhətlər vermək;
- Bankın fəaliyyəti barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq.