İşin təsviri
Xüsusi tələblər:
- Müştəriyönümlü olmaq;
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Stresə davamlı olmaq;
- İnkişafa meylli olmaq;
Vəzifə öhdəlikləri:
- Müştərilərin müraciətlərinə əsasən onları müvafiq şöbələr üzrə yönləndirmək;
- Şirkətdə həyata keçirilən kampaniyalar və şirkətin təklif etdiyi xidmətlər barəsində müştəriləri düzgün məlumatlandırmaq;
- Məhsullar və xidmətlər haqqında müştərilərdən rəsmi və qeyri-rəsmi rəylər toplamaq;
- Müştərilərin rəyləri haqqında digər müvafiq şəxsləri və əlaqədar şöbəni mütəmadi olaraq xəbərdar etmək;
- Müştərilərə yüksək səviyyəli xidmət göstərərək müştəri məmnuniyyətinin qorunmasını təmin etmək;
- Şirkət və müştəri arasındakı qarşılıqlı münasibətlərin müsbət yöndə inkişaf etdirilməsini təmin etmək;
İş şəraiti:
- İş yeri – Mağaza;
- İş qrafiki – 8 saatlıq iş rejimi;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə operator” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Email: [email protected]