Baş aşpaz

  • The White Wind
  • Elanın qoyulma tarixi: 05.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
  • Yerli və beynəlxalq mətbəxdə isti və soyuq bölümlərdə böyük təcrübəyə sahibi olmaq;
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çatdırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Menyuların hazırlanmasında zəngin təcrübəyə malik olmaq;
  • Yerli və xarici turizm bazarına məxsus müştərilərin milli mətbəxlərini daima öyrənməyə çalışmalı, xüsusən xarici müştərilərin xüsusi sifarişlərini hazırlamağı da bacarmalı və işçilərə aşılamalı;
  • Xüsusi turist, banket və s qrupları üçün xüsusi menyuların minimum itkilərlə hazırlanmasını bacarmalı və tabeçiliyindəki işçilərə aşılamalı, minimum xərclərlə yüksək keyfiyyətli yeməklərin,şirniyyatların qonaq məmnunluğunu yüksək səviyyəyə çatdıracaq səviyyədə keyfiyyətlə hazırlanmasını təmin etməli;
  • Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək;
  • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək;
  • Müştərilərin sifarişinin düzgün hazırlanması məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək və tabe heyəti vaxtaşırı təlimatlandırmaq;
  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
  • Dequstasiya prosesinə hazırlığı həyata keçirmək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Baş Aşpaz vəzifəsində, yerli və dünya mətbəxi sahəsi  üzrə 5-7 il iş təcrübəsi;
  • Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatlar.
  • MS Office proqramlarını bilməli(sərbəst şəkildə xüsusi proqramlar vasitəsilə yüksək keyfiyyətli menyu hazırlama bacarığı üstünlük kimi qiymətləndirilir);
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil, yüksək idarəetmə bacarığı olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək (rus dili biliyi əlavə üstünlükdür);

Qeyd: İş yeri Ağ Şəhərdə yerləşir

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını “Baş Aşpaz” qeyd etməklə göndərə bilər 

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Email:  [email protected]

 

The White Wind tərəfindən digər vakansiyalar