Restoran üzrə nəzarətçi

  • The White Wind
  • Elanın qoyulma tarixi: 16.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • Restoran, ofisiant və servis işçilərinin işinə nəzarət etmək;
  • Qida keyfiyyəti standartlarına riayət etmək;
  • Müştərilərə keyfiyyətli xidmət göstərilməsini təmin etmək və digər işçi heyətini buna təşviq etmək;
  • Müştəri şikayətlərinə tez cavab vermək və onları effektiv şəkildə həll etmək;
  • Restoran işi üçün bütün lazımi ehtiyatın təmin olunmasına nəzarət etmək;
  • Restoran xərclərini azaltmaq və mənfəəti artırmaq üçün istifadə edə biləcəyi üsulları müəyyənləşdirmək;
  • Restoran işçilərinin iş qrafiklərinin idarə olunmasında köməklik göstərmək.

Namizədə aid tələblər:

  • İctimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək.
  • İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilmək.
  • Etik davranış qaydalarına sahib olmalı.
  • Diqqətli, məsuliyyətli və cəld.
  • Komandada işləmək bacarığı.
  • Gülərüzlü və hörmətli olmalı .
  • Dinləmə mədəniyyəti.
  • Xarici görünüşünə diqqət göstərməli.
  • Danışıq qabiliyyəti yüksək olmalı.
  • Müştəri ilə ünsiyyət qurmağı bacarmalı.
  • İdaretmə qabiliyyətinə sahib olmalı.
  • Xarici dil bilikləri; rus  və ingilis dillərini bilməlidir.

Əlavə şərtlər:

  • İş yeri- The White Wind restoranı
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını “Restoranlar üzrə nəzarətçi“  qeyd etməklə göndərə bilər.

Email: [email protected]

The White Wind tərəfindən digər vakansiyalar