İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən hazırlanmış proqram məhsullarının sınaqlarının həyata keçirilməsi
- Müxtəlif növ testlər aparmaqla məhsuldakı boşluqların, xətaların və ya səhvlərin müəyyən edilməsi
- Test strategiyalarının, test planlarının və sınaq ssenarilərinin hazırlanmasına dəstək və onların sənədləşdirilməsinin həyata keçirilməsi
- Test nəticələrinin təhlili, sənədləşdirilməsi və hesabatların hazırlanması
- Servis və manual testlərinin yerinə yetirilməsi
Əsas tələblər:
- Bakalavr təhsili
- MS Excel üzrə baza biliklər
- Test sahəsində ən azı bir il iş təcrübəsi
- Proqram təminatının test dizaynı və sınaq metodologiyaları haqqında müasir biliklər
- Ssenariləri və hadisələri hazırlamaq və test prosesini planlaşdırmaq bacarığı
- Test nəticələrinin təhlili, sənədləşdirmə və hesabatların hazırlanması sahəsində bilik və təcrübə
- Funksional və qeyri-funksional test növləri üzrə bilik və təcrübə
- Texniki tapşırıqları və istifadəçi təlimatı sənədlərini oxumaq və inkişaf etdirmək bacarığı
- Issue və bug tracking alətləri ilə iş təcrübəsi
- API xidmətlərinin sınaqdan keçirilməsi təcrübəsi (Postman, Swagger, REST/SOAP)
- Tapşırıqların idarə edilməsi alətləri ilə iş təcrübəsi (Jira)
- Təşkilatçılıq bacarığı və punktuallıq
- Effektiv ünsiyyət və tənqidi düşünmə bacarığı
Arzu olunan tələblər:
- Orta səviyyədə ingilis dili biliyi
- Proqram təminatının inkişaf etdirilməsinə dair çevik metodologiyalar barəsində təməl biliklər (Scrum, Kanban)
- Veb/Desktop/Mobil - Avtomatlaşdırılmış test alətləri barədə məlumatlı olmaq
Əmək şəraitinin şərtləri:
- Tam iş vaxtı
- 5 günlük iş həftəsi
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Tester” qeyd etməklə göndərə bilərlər.
Email: [email protected]