Texnik, təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə

  • A2Z Technologies
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 12.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təhlükəsizlik kameralarının, kompüter şəbəkələrinin və videomüşahidə sistemlərində istifadə olunan digər avadanlıqların quraşdırılması, təmiri və dəyişdirilməsi
  • Düzgün işləmə qaydasını təmin etmək üçün avadanlığın yerində quraşdırılması və sınaqdan keçirilməsi
  • Fiziki olaraq quraşdırılmış avadanlıq və sistemlərin işə salınması
  • Girişə nəzarət və CCTV avadanlıqlarında nasazlıqların aradan qaldırılması

Tələblər:

  • CCTV avadanlıqları və sistemləri üzrə təcrübənin olması
  • Yaxşı səviyyədə əsas diaqnostik bacarıqların olması
  • Zəif axınlı kabelləşmə haqqında əsas biliklər
  • Effektiv ünsiyyət və müştəri məmnuniyyəti
  • Problem həlletmə bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Tam orta təhsil və ya müvafiq peşəyə dair orta-ixtisas təhsili
  • Ən azı 1 il təcrübənin olması

Biz nə təklif edirik:

  • Karyera perspektivi və özünü inkişaf imkanları
  • Əməkhaqqı: 650-750 AZN NET

 

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını  [email protected] ünvanına göndərin.

 

İşəgötürənin reytinqi