Biznes kreditləri üzrə aparıcı mütəxəssis

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 03.06.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biznes kreditləri üzrə aparıcı mütəxəssis

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Şirkətin əsas müştəri hədəfi kiçik və orta sahibkarlar o cümlədən az təminatlı insanlar qrupu olduğundan təqdim etdiyi məhsullar da bu təbəqə üçün uyğunlaşdırılmışdır.
Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikro-lizinq məhsulları təqdim edən lizinq şirkətidir.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Bakı şəhərində yerləşən filialları üçün
Biznes kreditləri üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə şirkətin lizinq məhsullarına dair məlumatın verilməsi;
• Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
• Müraciətlərin filialın kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
• Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;
• Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
• Müvafiq hesabatların hazırlanması:
• Müştərilərin geri ödənişlərinə nəzarət;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
• Biznes kreditləri sahəsində ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Müştərilərlə davranış etikası.

Əmək haqqı:

Namizədin iş təcrübəsi və bacarıqlarından asılı olaraq 1000-1200 AZN

Lizinq, bank və ya bank olmayan kredit təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışan namizədlərə üstünlük veriləcəkdir.

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B

Tel: (99412) 991

E-mail: [email protected]

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.