Filial müdiri (Sumqayıt filialı)

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 24.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Filial müdiri ("Sumqayıt" filialı)

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir.

Hal-hazırda “Qafqaz Lizinq” ASC  Filial müdiri (“Sumqayıt” filialı) vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Yeni müştərilərin cəlb edilməsini təmin etmək;
• Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
• Filialın portfelinin keyfiyyətli idarə olunması;
• Filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;
• Filialın fəaliyyəti ilə bağlı təkliflər vermək;
• Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
• Əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Lizinq, bank və ya bank olmayan kredit təşkilatında ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını Filial müdiri ("Sumqayıt" filialı) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.