İstehlak lizinqi bölməsinin mütəxəssisi (Quba filialı)

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 05.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İstehlak lizinqi bölməsinin mütəxəssisi, “Quba” filialı

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Quba şəhərində yerləşən filialı üçün İstehlak lizinqi bölməsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Təyin olunmuş coğrafi ərazidə potensial (gələcək) müştərilərin cəlb edilməsi;
• Müştərinin təhlili və ödəmə qabiliyyətinin müəyyən edilməsi;
• Cari lizinq portfelinin yüksək keyfiyyətini daim saxlamaq üçün məsul olmaq;
• Lizinq siyasət və prosedurlarına müvafiq olaraq müştərilərə xidmət göstərmək;
• Müştərilərin geri ödənişlərinə nəzarət;

Tələb olunan keyfiyyətlər:

• İş yeri: Quba şəhəri
• Ali və ya orta texniki təhsil;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Müştərilərlə davranış etikası.

Əlavə məlumat: Bu vəzifə üçün iş təcrübəsi mütləq deyildir.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İstehlak lizinqi bölməsinin mütəxəssisi, “Quba” filialı) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.