Mikro lizinq bölməsinin mütəxəssisi (Bakı, Sumqayıt, Gəncə və Xaçmaz)

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 15.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mikro lizinq bölməsinin mütəxəssisi (Bakı, Sumqayıt, Gəncə və Xaçmaz)

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Bakı, Sumqayıt, Gəncə və Xaçmaz şəhərlərində yerləşən filialları üçün Mikro lizinq bölməsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə şirkətin lizinq məhsullarına dair məlumatın verilməsi;
• Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
• Müraciətlərin filialın kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
• Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;
• Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
• Müvafiq hesabatların hazırlanması:
• Müştərilərin geri ödənişlərinə nəzarət;

Tələb olunan keyfiyyətlər:

• İş yeri: Bakı, Sumqayıt, Gəncə və Xaçmaz şəhəri;
• Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
• Kredit, biznes və ticarət sahəsində bir il müəyyən təcrübə;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Müştərilərlə davranış etikası.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Mikro lizinq bölməsinin mütəxəssisi Bakı, Sumqayıt, Gəncə və ya Xaçmaz filialı) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.