İnsan resursları üzrə mütəxəssis

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 28.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hesabat verir: İnsan Resursları və İnzibati işlər üzrə Direktor
Tələb olunan işçi sayı: 1
Ünvan 1: Samux.

Biz sizə nə təklif edirik:

  • Performansa əsaslanan illik bonus;
  • Tibbi sığorta;
  • Şirkət naharı;
  • Təlim imkanları (dil kursları da daxildir);
  • Sürətlə inkişaf edən mühit, karyera imkanları, iş yerində təlim.

Təhsil:

  • Ali təhsil

İş təcrübəsi:

  • Minimum 2 il iş təcrübəsi 

Bilik və bacarıqlar:

  • A.R. Əmək Qanunvericiliyi üzrə biliklər
  • İşə qəbul prosesi təcrübə və anlayışlar 

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi;
  • Əmək kitabçalarının yazılması;
  • Aylıq tabellərin hazırlanması, Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
  • Kadr uçotunu aparmaq, İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq, Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
  • Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Davamiyyətə davamlı olaraq nəzarət etmək;
  • CV-lərin toplanması, qruplaşdırılması və ilkin qiymətləndirilməsi;
  • Etika və Uyğunluq, İşçilərlə əlaqələr, Sorğular, İşə Qəbullar və s. ilə bağlı bütün Bakı ofisi üzrə İ.R. təşəbbüslərini dəstəkləmək.

Dil bacarıqları:

  • Azərbaycan dili (səlis), İngilis dili (B2), Rus dili üstünlükdür.

Komputer bacarıqları:

  • MS office, 1C

 

Email: [email protected]  

İşəgötürənin reytinqi