Agro Dairy


Agrodairy -nin tarixi 2014-cü ildən başlayır. O zaman biz ilk olaraq suvarma, əkin, tədarük və məhsul emalı ilə işə başladıq. Bizim ilk vəzifəmiz kultivasiya üçün əhəmiyyətli potensiala malik olan istifadəsiz torpaqları tapmaq idi. Bundan sonra hökumətlə strateji tərəfdaşlığa söykənən infrastruktur və texnologiyaya böyük sərmayə qoymaqla onu əldə etməyə və dəyişdirməyə başlamışıq.

Bu gün Agrodairy  Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Biz ölkənin bütün bölgələrində filial açmaq niyyətindəyik. Burada yerli  xüsusiyyətlərə bələd olan beynəlxalq ekspertlər qrupu işə cəlb olunub və hamımız Azərbaycanın daha ekoloji və daha firavan olması üçün birgə missiya yerinə yetiririk. Avropa standartlarına cavab verən qabaqcıl maşınlar, proseslər və məhsullardan istifadə edərək sahəmizin inkişafının aparıcı qüvvəsi olmağı qarşımızda məqsəd qoyduq.

Qurduğumuz şəbəkə ölkəmizin inkişaf edən kənd təsərrüfatı sektorunun ehtiyaclarına xidmət etmək, innovativ təcrübələrə cəlb etmək və cəsarətli yeni düşüncə tərzlərini təşviq etmək üçün yaxşı imkan verir. Biz dərk edirik ki, məqsədimizə çatmaq üçün özümüzə yüksək standartlar qoymalıyıq. Məhz buna görə biz missiyamızı aşağıdakılara uyğun müəyyən etmişik:

  • ölkənin ərzaq idxalından asılılığını azaltmaq
  • istifadəsiz torpaqları məhsuldar torpaqlara çevirmək
  • bütün ölkə üzrə məhsuldarlığı artırmaq
  • dövlət iqtisadiyyatına müsbət təsir göstərmək
  • yerli və dünya bazarlarına yüksək keyfiyyətli, davamlı məhsullar təqdim etmək.