İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
 
	- Sənəd dövriyyə sisteminin qurulması prosesində iştirak etmək;
 
	- Dövlət Statistika hesabatlarını hazırlamaq və kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
 
	- İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və s. əmrləri hazırlamaq;
 
	- Əmək haqqı, dərəcələndirmə və bonus hesablanması;
 
	- Vəzifə təyinatlarının Əmək münasibətləri və məşğulluq altsistemində qeydə alınmasını və yeni əməkdaşların sənədləşdirilməsi prosesini icra etmək;
 
	- Şirkət strukturlarının vəzifə təlimatlarının qeydiyyatını aparmaq;
 
	- Şirkət əməkdaşlarının əmək müqaviləsinə xitam vermək və əməkdaşlarla son haqq-hesabı həyata keçirmək, əmək kitabçalarını işdən çıxan əməkdaşlara təqdim etmək;
 
	- Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək.
 
Namizədə tələblər:
	- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
 
	- Əmək münasibətləri və məşğulluq altsistemində işləmək bacarığı
 
	- Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
 
	- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
 
	- Microsoft Office (Word, Excel) Outlook proqramlarında sərbəst işləmək.
 
İş şəraiti:
	- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
 
	- 5 günlük iş həftəsi ( 08:00 – 18:00)
 
	- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
 
Uyğun namizədlər mail ünvananına mövzu hissəsində “HR Menecer ” qeyd edərək müraciət edə bilərsiniz.