Maliyyəçi

İşin təsviri

İş barədə məlumat:

  • Maliyyə hesabatlarını (Profit&Loss, Balance sheet, Cash flow ) hazırlamaq;
  • Audit yoxlamalarının aparılması
  • Ödəniş təqvimlərinin hazırlanması;
  • Hər bir məhsul üzrə aylıq hesabatları çıxarmaq, satış məbləği ilə maya dəyərini müqaisə edərək;
  • Satış planı ilə faktiki satışları müqaisə etmək, uyğunsuzluqların səbəblərini araşdırmaq və rəhbərliyə hesabat təqdim etmək.
  • Məhsulların maya dəyərlərinin düzgün formalaşmasına nəzarət etmək;
  • Büdcə xərcləri ilə faktiki xərcləri müqaisə etmək və kənarlaşmaların səbəbini müəyyən etmək;
  • Xərclərin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq;
  • Xərclərin smetasını hazırlamaq;
  • Debitor və kreditor hesabatlarını hazırlamaq;
  • Kreditor borcların təhlili, ödəmələrin xarakterini, məbləğini və müddətini aydınlaşdırmaq və sistemləşdirmək;
  • Tələb olunan bütün idarəetmə hesabatlarının operativ hazırlanması;
  • Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Büdcələrin hazırlanması;
  • Maliyyə hesabatlarının hazırlanması üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
  • Həvalə olunmuş biznes vahidlərinin maliyyə fəaliyyətlərinə nəzarət etmək

Namizədə tələblər:

  • Аli iqtisаd təhsili
  • Mаliyyə sаhəsində 2 ildən аz оlmаyаrаq iş təcrübəsi
  • Beynəlxalq maliyyə standartlarını bilmək (İFRS)
  • Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
  • Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
  • Kompüterdə Windows, Word, Excel proqramlarında əməli iş vərdişləri;.

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket)
  • Əmək haqqı razılaşma yolu ilə

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Maliyyəçi” yazaraq göndərə bilərlər.