İstehlak kreditləri üzrə mütəxəssis/kiçik mütəxəssis

  • Embafinans
  • Elanın qoyulma tarixi: 19.05.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İstehlak kreditləri üzrə mütəxəssis/kiçik mütəxəssis

“Embafinans” Bank Olmayan Kredit Təşkilatı 2012-ci ildə yaradılıb. Əsas fəaliyyət istiqaməti istehlak kreditlərinin verilməsi olan BOKT-nın 2013-cü il ərzində 130 kredit məntəqəsinin yaradılması nəzərədə tutulub. Bu istiqamətdə aşağıda qeyd olunan regionlar üzrə “İstehlak kreditləri üzrə mütəxəssis/kiçik mütəxəssis” vakansiyası elan edir:

Bakı – 5 işçi
Ağcəbədi – 1 işçi
Kürdəmir – 1 işçi
Ağsu – 1 işçi
Quba – 1 işçi
Bərdə – 1 işçi
Şəmkir – 2 işçi
Gəncə - 1 işçi
Mingəçevir - 1 işçi
İmişli – 1 işçi
Şamaxı – 1 işçi
Xaçmaz – 1 işçi

Əsas vəzifə və öhdəlikləri

• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
• İş qrafiki: 5 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)

Tələb olunan keyfiyyətlər

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
• İş təcrübəsi – mütəxəssislərə ən azı 1 il
kiçik mütəxəssilərə iş təcrübəsi tələb olunmur
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
• Cinsi: Kişi
• Yaş həddi: 20-28 yaş
• Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
Əmək haqqı (xalis)
• Mütəxəssislər: 400 AZN+ aylıq bonus*
• Kiçik mütəxəssislər: 300 AZN+aylıq bonus*
*Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır

Müracət və Seçim qaydaları

• CV (resume) – lər [email protected] göndərilməlidir.

• Email göndərərkən Mövzu (Subject) qrafasında iddia olunan vakansiya və region mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natam kimi qimətləndiriləcək və baxılmayacaq
• Sənədlərin qəbul tarixi –15 İyun 2013
• Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq
• Lütfən qeyd olunan tələblərə cavab verən və təklif olunan şətlərlə razı olanlar müraciət etsinlər
• Lütfən telefon vasitəsilə müraciət etməyin.