İR üzrə mütəxəssis

İşin təsviri

İşin təsviri:

  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
  • Sənəd dövriyyə sisteminin qurulması prosesində iştirak etmək;
  • Dövlət Statistika hesabatlarını hazırlamaq və kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
  • İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və s. əmrləri hazırlamaq;
  • Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək;
  • Vəzifə təyinatlarının Əmək münasibətləri və məşğulluq altsistemində qeydə alınmasını və yeni əməkdaşların sənədləşdirilməsi prosesini icra etmək;
  • Şirkət strukturlarının vəzifə təlimatlarının qeydiyyatını aparmaq;
  • Şirkət əməkdaşlarının əmək müqaviləsinə xitam vermək və əməkdaşlarla son haqq-hesabı həyata keçirmək, əmək kitabçalarını işdən çıxan əməkdaşlara təqdim etmək;
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək.
  • Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, sınaq müddətlərini izləmək;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
  • Vakansiyalara uyğun namizədlərin seçilmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
  • Aylıq tabellərin hazırlanıb, maliyyə şöbəsinə təqdim etmək

Namizəd üçün tələblər:

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Əmək münasibətləri və məşğulluq altsistemində işləmək bacarığı
  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Microsoft Office ( Word, Excel,1 C ) proqramlarında sərbəst işləmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

İş şəraiti: 6 günlük iş rejimi

İş yeri: Xətai rayon

Email: [email protected]