İR əməliyyatları üzrə mütəxəssis (Sumqayıt)

İşin təsviri

 İşiniz nələrdən ibarət olacaq?

  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
  • İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;
  • Vəzifə təlimatlarının yazılması, yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi.

Tələblər:

  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı);
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı.
  • İngilis və rus dili arzu olunandır.

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Həftənin 6 günü (Şənbə günü – qısa iş günü);
  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi.

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/ir-emeliyyatlari-uzre-mutexessis-sumqayit?sources