Müştəri Meneceri Assistenti / KIB

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 22.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Müvafiq, daxili və xarici tənzimləmələrə uyğun olaraq işin bütün funksiyaların yerinə yetirilməsi;
  • Bankın daxili strukturları və Müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması (Sənədlərin vaxtaşırı nəzarəti);
  • Sazişlərin icnası prosesinin sürətləndirilməsi (lazımi təsdiqlərin, əlaqıli şöbələrin son tarixə rıayətinə nəzarəti);
  • Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının (depozitlər, pul vəsaitlərinin daxil olması) miqdarı üzrə minimal kredit dövriyyəsinin tələblərə uyğunluğunu yoxlamaq;
  • Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət;
  • İnzibati dəstək (Xərclər hesabatının hazırlanması, Ezamiyyətlərin təşkili);
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar;
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq. 

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 0-1 il
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları

 

https://glorri.com/pashabank/63e0cd95abd87fdd34f184b6-M%C3%BC%C5%9Ft%C9%99ri%20Meneceri%20+%20Korporativ%20Bank%C3%A7%C4%B1l%C4%B1q

İşəgötürənin reytinqi