Korporativ satış şöbəsinin müdiri

İşin təsviri

Namizədə olan tələblər:

  • İş təcrübəsi - minimum 5 il (kənd təsərrüfatı və tikinti texnikaları, onların ehtiyat hissələri haqqında məlumatlı olmaq);
  • Ehtiyac duyulduqda rayonlara ezam getməyə hazır olmalı;
  • Dil bilikləri –Azərbaycan və İngilis dili (səlis danışıq);
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  •  Korporativ müştərilərə Ehtiyat hissələrinin və Servis xidmətinin satışının təşkil edilməsi;
  •  Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
  •  Rəqib şirkətlərin fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi;
  •  Planlama, idarəçilik, proqnoz və yüksək xidmətin təşkil edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 3000 AZN+ Bonus.
  • İş qrafiki : Tam iş günü (5 gün tam,şənbə günləri növbəli iş rejimi tətbiq olunur);
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email:  [email protected]