Kredit Mütəxəssisi (kiçik, aparıcı, böyük və baş, Bakı, Sumqayıt, Xırdalan və regionlar üzrə)

İşin təsviri

İş barədə məlumat:

  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
  • Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
  • Əmək haqqı 500-800 AZN + motivasiya
  • İş rejimi : 09:00 – 18:00         

Tələblər:

  • Azərbaycan dili (Rus dili arzuolunandır);
  • Analitik düşüncə;
  • Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən lombard kredit portfeli olan namizədlər qəbul olunur.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri (CV-də foto mütləqdir) xahiş olunur. 

Email;  [email protected]