İşin təsviri
İş barədə məlumat:
- Daxil olan müştəri müraciətlərinin qəbul edilib tam və vaxtında cavablandırılması
- Şirkətin xidməti haqqında müştərilərin tam məlumatlandırılması;
- Ən uyğun qiymət və marşrutun seçilməsi, təsdiqlənmiş sifarişin icraya ötürülməsi və nəzarətdə saxlanılması
- Müştəri müraciətlərinə əsasən kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- İcra olunan sifarişin dəyərinin müştəri tərəfindən ödənilməsinin təmin edilməsi;
- Gündəlik əməliyyatların və hesabatların icra edilməsi eyni zamanda daxili proqram təminatına işlənilməsi;
- Müştəri bazasının yığılması;
- Müvafiq qurum və idarələr ilə yazışmaların, əlaqənin qurulması;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabatın verilməsi.
Namizəd üçün tələblər:
- Ali təhsili;
- 1 il iş təcrübəsi (Logistika sahəsində xüsusilə tır, vaqon, konteyner);
- Azərbaycan və Rus dillərində sərbəst, İngilis dilində yaxşı danışıq bacarığı;
- Müştəri ilə işləmək bacarığı;
- Analitik təhlil etmə, problem həll etmə və ünsiyyət bacarığı;
- MS Ofis proqramlarından istifadə bacarığı (xüsusilə excel);
- Məsuliyyətli, tələbkar, detallara qarşı diqqətli və operativ olmalı.
Əmək Şəraiti:
- AR-nın ƏM - nə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 5 günü;
- İş saatı: 09:00 - dan 18:00 - dək; nahar fasiləsi 13:00 - dan 14:00 - dək.
- Ünvan: Bakı şəhəri, Globus Center.
Əmək haqqı: razılaşma yolu ilə.
Son müraciət tarixi: 17.03.2023
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Email: [email protected]