SMM menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətə aid müvafiq brendlərin Sosial Media hesablarının idarə olunması (Facebook, Facebook Business manager, Instagram, Linkedin, Google adwords, YouTube);
  • Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı
  • Həftəlik/aylıq kontent planının hazırlanması
  • Facebook, Instagram, Linkedin kanallarında mütəmadi paylaşımların edilməsi
  • Aktivliyi artırmaq üçün təyin edilən paylaşımların (müsabiqə və sorğu) hazırlanması
  • Sosial media kanallarında paylaşılacaq hekayələrin çəkilməsi
  • Sosial media kanallarında paylaşılacaq şəkillərin və qısa videoların (reels) çəkilişində iştirak edilməsi;
  • Mütəmadi olaraq sosial media kanallarında canlı yayımların təşkil edilməsi
  • Saytların kontent hissəsinin doldurulması prosesində iştirak

Tələblər:

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
  • Səlis Azərbaycan dili (düzgün, qrammatik yazı qabiliyyəti),ingilis və Rus dili biliyi üstünlükdür
  • Sosial şəbəkələrlə işin aspektləri üzrə biliklər
  • Instagram, Facebook, Linkedin şəbəkələrinin idarə olunması və reklam yerləşdirmə proseslərini bilməli
  • Google, Adwords ilə işləmə və düzgün "copywriting" bacarığı üstünlükdür
  • Sayt idarə olunması və kontent yerləşdirmə bilikləri üstünlükdür
  • Yenilikləri və trendləri izləməli
  • Komandada işləmək qabiliyyətinə malik olmalı
  • Kreativ və innovativ düşüncəli olmalı

İş şəraiti:

  • İş vaxtı: həftə içi (10:30-dan - 18:00-dək),şənbə, bazar və bayram günləri istirahət
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə və əmək müqaviləsinin bağlanması
  • Ə/h: 500-700 AZN (iş təcrübəsinə əsasən təyin olunacaqdır), fiks maaş və bonuslar nəzərdə tutulur.

Müraciət üçün:

Maraqlananlar CV-lərini “Mövzu” hissəsində “SMM menecer” qeyd etməklə göndərə bilərlər. 

Email: [email protected]