Mr/Max Peşəkar Əmlak Agentliyi


 Mr/Max xaricdə daşınmaz əmlak agentliyi olaraq 2016-cı ildən Türkiyədə fəaliyyətə başlamışıq. Fəaliyyətə başladığımız ilk gündən müştərilərimizin məmnuniyyəti bizim üçün öncəlik olmuşdur. Xarici əmlak bazarına yaxından bələd olmağımız müştərilərimizin seçimini yalnız asanlaşdırmaqla kifayətlənmir, eyni zamanda onlara ən doğru və sərfəli qərarı qəbul etməkdə əlimizdən gələn köməkliyi edirik.

 Əmlak alıcıları ilə yanaşı satıcıları da hədəflərinə ən sürətli və asan şəkildə çatdırmaq üçün onları eyni məkanda birləşdiririk. Göstərdiyimiz əmlak xidmətlərinə: “Beynəlxalq əmlak agenti” lisenziyalı əməkdaşımızın xarici ölkələrdə daşınmaz əmlaklar haqqında məsləhətləri, təcrübəli mütəxəssilərimiz tərəfindən müştərilərin istəklərinin dinlənib qeydə alınması və işlənilməsi, istək və büdcələrinə uyğun mülklərin araşdırılıb sonuclarının müştərilərə təqdimatı, mülklərin yerində göstərilməsinin təşkil edilməsi, satış üçün sənədlərin hazırlanması, müştərilərin mənafelərinin və məxfiliyinin qorunması, satış və satışdan sonrakı xidmətlərin göstərilməsi, müştərinin istəyinə görə əmlakının kirayə verilməsi. Bundan başqa mənzillərin günlük kirayəsi, otel transferləri, şəhəriçi və şəhərlərarası transferlər, sürücülü/ sürücüsüz avtomobil kirayəsi, əmlak və sağlıq sığortası, oturum və vətəndaşlıq alınmasında hüquqi yardım kimi peşəkar xidmətlər daxildir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?