İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Microsoft Office və 1C proqramlarını bilməlidir;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Minimum 1 illik iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi;
- Satınalma müqavilələrinin müvafiq şöbələrdən təhvil-təslimi və reyestrinin aparılması;
- Satış müqavilələrinin müvafiq şöbələrdən təhvil təslimi və reyestrinin aparılması;
- Bütün növ təhvil-təslim AKT-larının müvafiq şöbələrdən qəbulu və reyestrinin aparılması;
- DT-KT üzrə üzləşmə AKT-larının qəbulu və reyestrinin aparılması;
- Aylıq hesabatların hazırlanıb rəhbər şəxsə təqdim edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 600 AZN;
- İş qrafiki :5 gün tam;
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Arxiv üzrə mütəxəssis” yazaraq [email protected] göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.