Baş Aşçı

  • ATS Food
  • Elanın qoyulma tarixi: 08.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 28 Fevral 2023-cü il

Tələblər:

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə peşə təhsili(sertifikatlı)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 7 il təcrübə
  • Dil bilikləri: Azərbaycan (əla)
  • Digər: Beynəlxalq və milli mətbəx müsabiqələrində iştirakçı

Vəzifədən gözləntilər: 

  • Mətbəxin ümumi işində baş aşçı kimi operativ fəaliyyət göstərmək;
  • Mətbəxdə İşçi heyəti ilə peşəkar ünsiyyət qurmaq, iş qrafikini tərtib etmək və düzgün idarə etmək; (Həmçinin gündəlik iş öncəsi söhbət aparmaq, işçi heyətinə, bir gün öncəki yeməyin keyfiyyətini analiz edərək işçi heyətinə izah etmək)
  • Mətbəxdə çalışan işçilərin iş bölgüsünü məsuliyyət və səlahiyyət öhdəlikləri üzrə müəyyən etmək;
  • Məhsul və ərzaq siyahısını işçi sayına və menyuya görə tərtib etmək;
  • İzafi itkiyə yol verməmək;
  • İstifadə olunan ərzaqları düzgün şəraitdə saxlanmasını təmin etmək;
  • Menyu tərtibatında keyfiyyətli ərzaq məhsullarının sifarişini tərtib etmək;
  • Ramazan ayı üçün xüsusi menyu hazırlamaq;
  • Yenilikləri daim izləmək və iş prosesində yenilik tətbiq etmək üçün təşəbbüskar olmaq;
  • Yeməklərin keyfiyyətli və düzgün bişirmə texnikasını təmin etmək;
  • Yeməkxanada istifadə olunan qabların, sobaların, soyuducu, kəsici alətlərin və digər avadanlıqların düzgün istifadəsinə və təhlükəsizliyinə nəzarət etmək;
  • Sanitariya kitabını hazırlamaq;
  • Yuyucu vasitələri sifariş etmək;
  • Qida-gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək; 
  • Özünün və işçi heyətinin iş geyimlərini vaxtında sifariş vermək, səliqəli görkəmə daim riayət etmək;

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətli və effektivlik
  • Problemləri həll etmək
  • Vaxtın idarə edilməsi
  • Detallara diqqət etmək

İş Şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
  • İş rejimi: 6 gün (həftəiçi)
  • Servis: səhər və axşam 20 Yanvar  və - Sumqayıt bazarından təmin edilir 
  • Nahar:  Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı "Baş Aşçı" qeyd olunmaqla, göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.