İşin təsviri
                
                
                                
                Vəzifə öhdəliyi: 
	- Nəqliyyat vasitələrinin gündəlik təmir və digər işlərinin təşkili;
- Şöbə əməkdaşlarının işlərinə nəzarət edilməsi;
- Müştərilərə və anbarlar arası yük daşımalarının vaxtı-vaxtında çatdırılmasının təşkili;
- Kənar servislərə təmirə göndərilən nəqliyyat vasitələrinin təmir prosesini ilə bağlı mütəmadi əlaqə saxlanılması;
- Şöbəyə məxsus sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
- Bölgələrdə olan nəqliyyat vasitələrinin  təmir prosesinin və çıxan çatışmamazlıqların aradan qaldırılmasının təşkili;
- DYP-ilə əlaqəli sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
- Şöbəyə aid sifarişlərin yoxlanılıb araşdırıldıqdan sonra  təsdiq və ya sifarişin ləğv prosesinin icra edilməsi;
- Təmir sahəsinə və ustaların işinə nəzarət edilməsi;
- Aylıq nəqliyyat vasitələri üzrə təmir planlarının tərtib olunması;
- Aylıq nəqliyyat vasitələrinin yanacaqlarının istifadəsinə nəzarət (normativə uyğun yanacaq silinmələri);
- Yeni işə cəlb olunan şöbə əməkdaşları ilə söhbət etmək və vəzifə təlimatlarının onlara izah edilməsi;
- Sürücülərin məzuniyyət ardıcıllığının təşkilinə nəzarət edilməsi;
- Sığorta məsələləri ilə əlaqədar bütün proseslərə nəzarət edilməsi;
- Tabeçiliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
- İşin təhlükəsiz təşkil edilməsinə nəzarət edilməsi;
- İş prosesi ilə  bağlı məlumatları mütəmadi birbaşa rəhbərliyə bildirilməsi və hesabatların tərtib edilməsi.
Vəzifə səriştələri:
	- Məsuliyyətlilik və Nəticə yönümlülük
- Keyfiyyətlilik və effektivlik
- Müştəri fokuslu yanaşma
- Problemləri həll etmə və Risklərin idarəedilməsi
- Planlama və Təşkilatçılıq
Namizədə tələblər:
	- Təhsil: Ali təhsil 
- İş təcrübəsi:  Nəqliyyat sahəsinə nəzarət üzrə ən azı 5 il 
- Dil bilikləri: Azərbaycan dili (əla) 
- Ezamiyyət tələbləri: Ezamiyyətə çıxa bilməlidir.
İş qrafiki:
	- 5 günlük qrafik  
- İş saatı: 09:00-18:00
Əmək haqqı:  Namizədin bilik və bacarığına əsəsən təyin olunur
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz: 
	- Nahar ilə təmin edilmə
- Servis ilə təmin edilmə
- Könüllü tibbi sığorta ilə təmin edilmə
- Telefon danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Nəqliyyat üzrə şöbə müdiri” başlığı ilə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər